ABŞ Rusiya və ona kömək edənlərə qarşı daha güclü sanksiyaları anons etdi

23-10-2024, 10:08           
ABŞ Rusiya və ona kömək edənlərə qarşı daha güclü sanksiyaları anons etdi
ABŞ gələn həftə Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək.
TEREF xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib: “Gələn həftə biz Kremlin döyüş maşınına yardım edənlərə, o cümlədən üçüncü ölkələrdə vasitəçilik edənlərə qarşı güclü yeni sanksiyaları açıqlayacağıq”.
O, əlavə edib ki, Birləşmiş Ştatlar anti-Rusiya sanksiyalarından yayınmaqla mübarizəni davam etdirir.
Dünən məlum olub ki, Aİ ölkələri Rusiyaya qarşı Rusiyanın enerji ixracına, əsasən mayeləşdirilmiş təbii qaza (LNG) qarşı yönəlmiş 15-ci sanksiyalar paketinin hazırlanmasına yanvar ayından sürətləndirilmiş templə başlayacaqlar. Avropa İttifaqında Rusiya iqtisadiyyatına necə zərbə endirilməsi ilə bağlı müzakirələrin hazırda Aİ Şurasına sədrlik edən Macarıstan tərəfindən ləngidildiyi vurğulanır. \\Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru