Polşa Rusiya qarşıdurması: Konsulluq bağlanır, əməkdaşlar qovulur

23-10-2024, 10:54           
Polşa Rusiya qarşıdurması:
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı baş konsulluğunu bağlamaq qərarına gəlib. Onun əməkdaşları ölkədən çıxarılacaq.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə XİN rəhbəri Radoslav Sikorski məlumat verib.

"Bununla əlaqədar olaraq, mən Rusiyanın Poznandakı baş konsulluğunun fəaliyyətinə icazəni ləğv etmək qərarına gəldim ki, onun əməkdaşlarının Polşa Respublikası ərazisində olması arzuolunmaz sayılacaq", - o, brifinqdə bildirib.

Polşa diplomatik xidmətinin mətbuat katibi Pavel Vronskinin sözlərinə görə, bu, yaxın bir neçə gün ərzində baş verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru