ABŞ-ın nəhəng çip istehsalçısının belə bir açıqlaması da yetərincə diqqət cəlb edəndir.

23-10-2024, 12:58           
ABŞ-ın nəhəng çip istehsalçısının belə bir açıqlaması da yetərincə diqqət cəlb edəndir.
Ermənistanda innovasiyalar, texnologiyalar və süni intellektlə bağlı beynəlxalq konfransın materiallarına göz gəzdirirəm.
2022-ci ildən İrəvanda nümayəndəliyi olan NVİDİA qlobal şirkətinin vitse-prezidenti Rev Lebaredyan maraqlı tezis irəli sürüb .
O, Ermənistanın "çətin qonşuları" olduğunu bildirib.
Ermənistanın iqtisadi dirçəlişinə nail olmaq üçün NVİDİA-nın müəyyən resurslar və imkanlar gətirəcəyini vurğulayıb.
Maraqlıdır ki, bununla da o, Ermənistan qarşısında duran "DİGƏR PROBLEMLƏRİN" də həll olunacağına işarə edib.
Bunun hansı problemlər olmasına aydınlıq gətirilməyib.
Ümumiyyətlə görünən odur ki, konfransda çıxış edən texnoloji söz sahibləri Ermənistanın iqtisadi dirçəlişini təhlükəsizliyin tərkib hissə olaraq dəyərləndiriblər.
ABŞ-ın nəhəng çip istehsalçısının, bazar dəyərinə görə dünyanın ən öndə gedəni olan NVİDİA rəsmisinin belə bir açıqlaması da yetərincə diqqət cəlb edəndir.
Osman Gunduz
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru