Rusiyalı jurnalistlərin Vaşinqtonda saxlanılmasına Zaxarovadan REAKSİYA

30-10-2024, 18:18           
Rusiyalı jurnalistlərin Vaşinqtonda saxlanılmasına Zaxarovadan REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ı informasiya əldə etmək azadlığının və media plüralizminin təmin edilməsi sahəsində öhdəliklərini pozmaqda ittiham edib.

Sputnik xəbər verir ki, o, "İzvestiya"nın çəkiliş qrupunun saxlanması ilə bağlı yaranmış vəziyyətə belə reaksiya verib.

XİN nümayəndəsi Moskvanın ABŞ hakimiyyətinin özbaşınalığını müvafiq cavabsız qoymayacağına söz verib.

"Rusiyalı jurnalistlərin ABŞ hakimiyyətinə öz niyyətləri barədə əvvəlcədən məlumat vermələri və redaksiya tapşırığını yerinə yetirmək üçün rəsmi icazə almaları bu hərəkətin nümayişkaranə xarakterini, hər an repressiya aparatından istifadə etməyə hazır olduqlarını birmənalı şəkildə nümayiş etdirmək istəyindən xəbər verir", Zaxarovanın şərhində deyilir.

Xatırladaq ki, "İzvestiya"nın çəkiliş qrupu oktyabrın 29-na keçən gecə Vaşinqton hava limanında saxlanılıb. Jurnalistlər ABŞ-da qarşıdan gələn seçkiləri işıqlandırmaq üçün gedirmişlər. Zaxarova deyib ki, bütün avadanlıq və rabitə vasitələri "İzvestiya"nın əməkdaşlarından götürülüb və saatlarla dindiriliblər. Operatorun sərhədi keçməsinə icazə verilməyib və vizası "inzibati səbəblərə görə" ləğv edilib. Rusiyanın ABŞ-dakı səfirliyinə jurnalistlə əlaqə saxlamağa və ona köməklik göstərməyə icazə verilməyib. Qalan jurnalistlər bir sıra məhdudiyyətlərlə media nümayəndəsi kimi akkreditasiyadan keçiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.