Baydenin həyat yoldaşı “panda” oldu - FOTOLAR

1-11-2024, 16:14           
Baydenin həyat yoldaşı “panda” oldu - FOTOLAR
Ağ Evdə “Halloween” bayramı şənlikləri başlayıb. Bayramlara damğa vuran Bayden ailəsinin geyimləri olub. Bayden və həyat yoldaşı Jill nəhəng panda kostyumu geyinərək sonuncu dəfə Ağ Evin qazonunda konfet kolleksiyaçılarını qonaq edib.

Gununsesi.info xarici KİV- ə istinadən xəbər verir ki, birinci xanım bu ilin əvvəlində Milli Zooparkın pandalarının Vaşinqtona qayıdacağını açıqlamışdı.

Ağ Ev pandaların ölkə paytaxtına oktyabrın ortalarında gəldiyini və Jill Baydenin 2 gün öncə “xoş gəldin jesti” olaraq panda kostyumunu geyindiyini söyləyib.

Günə damğa vuran digər bir hadisə isə kobud səhvləri ilə tanınan Baydenin kostyum geyinmiş körpələrlə fotoşəkilləri olub. Fotolar sosial şəbəkələrdə minlərlə insan tərəfindən dəfələrlə baxılıb.

Gün ərzində aralarında tələbələr və əsgərlər də daxil olmaqla 8 min adamın Ağ Evin qapılarından keçəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru