Britaniya kəşfiyyatı Rusiyanın naməlum silahı barədə açıqlama verdi

30-11-2024, 12:44           
Britaniya kəşfiyyatı Rusiyanın naməlum silahı barədə açıqlama verdi
“Rusiyanın çox guman ki, yalnız bir neçə “Oreşnik” raketi var. Bu raketlər hələ kütləvi istehsal olunmur”.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında qeyd olunur.

Məlumatda deyilir ki, bu eksperimental sistemin Ukraynada sınağı Qərb raketlərindən Rusiyaya qarşı istifadəsindən sonra strateji mesaj kimi nəzərdə tutulub.

“Rusiyanın çox güman ki, hələ kütləvi istehsalına daxil olmayan bir neçə “Oreşnik” raketi var. Bu raketlər Ukraynaya qarşı istifadə olunan digər raketlərdən baha olacaq”- deyə Britaniya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bundan əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Kedr” kompleksindən istifadə etdiyini bildirmişdi. İdarənin rəisi Kirill Budanov deyib ki, “Oreşnik” tədqiqat işinin adıdır, sadəcə koddur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru