Lavrov Ukrayna ilə sülhün şərtlərindən danışdı

6-12-2024, 08:56           
Lavrov Ukrayna ilə sülhün şərtlərindən danışdı
“Rusiya ilə sülh sazişi bağlamaq üçün Ukrayna NATO-ya üzv olmaq cəhdlərindən həmişəlik imtina etməli, bloklara qoşulmamağa razılıq verməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“NATO olmamalıdır, Şimali Atlantika Alyansının hərbi bazaları Ukrayna ərazisində yerləşdirilməməli, xarici qoşunların iştirakı ilə təlimlər keçirilməməli və nüvəsiz statusa razılıq verilməlidir”, - diplomat qeyd edib.

Lavrov deyib ki, ölkəsi Ukrayna ətrafında hadisələrin istənilən inkişafına hazırdır.

“Rusiya Prezidenti Vladimir Putin son bəyanatında açıq şəkildə bildirdi ki, biz hadisələrin istənilən inkişafına hazırıq”, - deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru