Yeni Azərbaycan dövləti planı iranlı politoloqu dəli etdi - "Ermənistanı Qərbi Azərbaycana çevirib..."

6-12-2024, 10:06           
Yeni Azərbaycan dövləti planı iranlı politoloqu dəli etdi -
Suriyada baş verən son proseslər fonunda Türkmaneli Respublikasının yaradılması ideyasının aktuallaşması iranlı politoloq, antütürk və antiazərbaycan mövqeyi ilə seçilən Ehsan Müvəhhedianı da narahat edib.

Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

Müvəhhedian bildirib ki, Türkiyənin Şimali Suriya və Şimali İraqda “əraziləri işğal edərək” türkman dövləti yaratmağa çalışması Ermənistanı Qərbi Azərbaycana çevirib, Şimali Kipri ​​ələ keçirməyə bənzəyir.

“Suriya türkmanları təkfirçilərin cinayətlərinə şərik olan qruplar sırasındadır", - deyə o, Suriya azərbaycanlılarına münasibətini ortaya qoyub.

Qeyd edək ki, İranın Suriyada baş verən proseslərə təsir imkanlarının zəifləməsi və hazırda meydanda Türkiyənin söz sahibi olması Tehranı ciddi şəkildə qıcıqlandırmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru