Orban: “Avropa Komissiyası Sorosun cibindədir”

18-01-2025, 10:44           
Orban: “Avropa Komissiyası Sorosun cibindədir”
“Avropada qlobalist təsirə qarşı mübarizə son dərəcə vacibdir”

Macarıstanın Baş naziri Viktor Orban deyib ki, Avropa Komissiyası “Sorosun cibindədir”. AYNA xəbər verir ki, “Kossuth Radio”ya müsahibəsində Orban qeyd edib ki, Avropa Komissiyası Soros şəbəkəsinin yaradılmasını “Avropa İttifaqı ölkələrinin hesabına maliyyələşdirir”.

Baş nazir qeyd edib ki, Avropada qlobalist təsirə qarşı mübarizə son dərəcə vacibdir: “2025-ci il Soros şəbəkəsinin Avropadakı təsirinin aradan qaldırılması üçün həlledici il olacaq. Ümid edirəm ki, digər vətənpərvər Avropa liderləri qitədə suverenliyin bərpasında Macarıstana qoşulacaqlar".

Macarıstanın enerji təhlükəsizliyi məsələsinə toxunan Baş nazir enerji qiymətlərinin yüksəlməsini ölkə iqtisadiyyatı üçün böyük risk adlandırıb. O, Macarıstanın “Türk axını” qaz kəmərini qorumaq öhdəliyini bir daha təkrar edərək, onu “Macarıstan iqtisadiyyatının həyat xətti” adlandırıb.

Orban 2030-cu illərin əvvəllərində Paks II atom elektrik stansiyasının işə salınmasından əvvəl sağlam enerji siyasətinin aparılmasının vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru