Putin Ukrayna ilə danışıqlara getməlidir - ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi

23-01-2025, 15:44           
Putin Ukrayna ilə danışıqlara getməlidir - ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi
ABŞ-ın yeni administrasiyası Vladimir Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaqdan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etmir, Turan-ın Vasinqton müxbiri bildirib.

"Mümkün kimi səslənir", - çərşənbə axşamı gündüz prezident Donald Tramp Moskvanın sülh danışıqlarından imtina edəcəyi təqdirdə mümkün sanksiyalar barədə sualın cavabında jurnalistlərə deyib. Əlavə edib ki, onun administrasiyası Ukraynaya silah göndərilməsi məsələsinə də baxır.

"Biz buna baxacağıq, Zelenski ilə danışırıq və tezliklə prezident Putinlə danışmaq niyyətindəyik", - Tramp deyib.

Tramp əlavə edib ki, Çin Xalq Respublikasının şədri Si Sinpinə təklif edib ki, Pekin münaqişənin həllinə kömək etsin.

Trampın şərhi Ci Sinpin və Putinin "strateji və iqtisadi" əlaqələri möhkəmləndirmək üçün 95 dəqiqəlik videodanışıqlarından bir neçə saat sonra səslənib.

Çərşənbə axşamı Vaşinqtonda yeni dövlət katibi Marko Rubionun yaponiyalı həmkarı İvaya Takeşi ilə görüşündə də Çinin Rusiyaya dəstəyi müzakirə edilib, Turan-ın müxbiri bildirib.

"Onlar həmçinin Şimali Koreyanın Rusiya ilə siyasi və hərbi birliyindən və Çinin Rusiya hərbi kompleksinə dəstəyindən narahatlığını ifadə ediblər", - Dövlət Departamentinin yeni nümayəndəsi Temmi Bryus bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru