Trampın Quantanamoda miqrantları saxlamaq planı hüquqi suallar doğurub

Bu gün, 15:44           
Trampın Quantanamoda miqrantları saxlamaq planı hüquqi suallar doğurub
Tramp administrasiyasının miqrantların saxlanma yerlərini genişləndirməsi, xüsusən də Kubanın Quantanamodakı ABŞ dəniz stansiyasından istifadə etməsi insan haqları müdafiəçiləri və hüquq ekspertləri arasında yenidən müzakirələrə səbəb olub.

Prezident Donald Tramp qanuni miqrasiyanın qarşısını almaq və ABŞ-da hüquqi statusu olmayanları deportasiya etmək vədi ilə kampaniya aparırdı.

Keçən ayın sonunda o, administrasiyasına 30 000-ə qədər "yüksək prioritet"adlandırılan icazəsiz mühacirlərin saxlanması üçün həbsxananı hazırlamağı tapşırıb. İlk qrup çərşənbə axşamı oraya yerləşdirilib.

Administrasiya rəsmiləri tərəfindən "pisin ən pisi" kimi təsvir edilən məhbusların Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən ABŞ-ın yanvarın 20-də xarici terror təşkilatı kimi tanıdığı transmilli cinayət təşkilatı "Tren de Aragua"nın bir hissəsi olduğu müəyyən edilib.

Amerikanın Səsi miqrantların hansı cinayətləri törətdikləri ilə bağlı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinə (ICE) çoxsaylı sorğular göndərib. ICE Amerikanın Səsinə e-poçtlara cavab verməyən Daxili Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Latın Amerikası və Karib hövzəsini araşdıran tarixçi və Prinston Universitetində aspirant olan Miriam Pensak deyib ki, ABŞ hökuməti 30 ildir ki, Quantanamo həbsxanasından miqrantları saxlamaq və buraxmaq üçün istifadə edir.

"Quantanamoda ICE ofisi var... Amma açıq-aydın bizim indi gördüyümüz bu imkanların böyük bir genişlənməsidir"- deyə, o bildirib.

Trampın dəniz bazasından miqrantların saxlanması mərkəzi kimi istifadə etmək qərarı onun ölkədə qanunsuz olaraq oğurluq və ya zorakı cinayətlərdə ittiham olunanların saxlanmasını tələb edən Laken Riley Aktını imzalamasından sonra verilib.

Tərəfdarlar deyirlər ki, Quantanamodan istifadə izdihamlı həbsxanalara təzyiqi azaldacaq və ABŞ-a qeyri-qanuni keçidlərə qarşı daha güclü maneə rolunu oynayacaq.

Bu həftənin əvvəlində ABŞ-ın müdafiə naziri Pit Heqset Meksika ilə sərhəddə olarkən miqrantların saxlanması üçün Quantanamonu “mükəmməl yer” adlandırıb.

O, France-Presse agentliyinə bildirib ki, Pentaqon “ölkəmizdə olanların qanunsuz olaraq ölkədən qovulması və həbs edilməsini dəstəkləmək üçün” lazım olan bütün aktivləri təmin edəcək.

Quantanamo və miqrant həbsi

ABŞ ilk dəfə Quantanamo həbsxanasından miqrantları, əsasən də 1990-cı illərin əvvəllərində prezident Corc W Buş dövründə Haiti və Kubadan sığınacaq axtaranları həbsi üçün istifadə edib.

1991-ci ildə Haitidə baş verən hərbi çevrilişdən sonra minlərlə insan qayıqla ABŞ-a qaçır, lakin dənizdə tutularaq Quantanamoya aparılırdı.

1994-cü ildə Quantanamo İİV-yə yoluxmuş insanlar üçün dünyanın ilk və yeganə həbs düşərgəsinin yeri olmuşdu, orada uşaqlar da daxil olmaqla, 300-dən çox haitili qaçqın saxlanılırdı.

“Bunlar öz ölkələrindəki qırğından qaçan insanlar idi, onları yoxlayan ABŞ rəsmiləri onların təqib olunmaqdan qorxduqlarını etiraf edib. İİV statusundan başqa heç bir səbəb olmadan saxlanıldılar. Bu insanlar həbsə etiraz etdikdə, cavab qəddar olurdu "- deyə, ABŞ-da yerləşən Konstitusiya Hüquqları Mərkəzinin baş hüquqşünası Pardiss Kebriaei ötən cümə axşamı mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

Hüquqi problemlər sonda ABŞ hökumətini məhbusları azad etməyə məcbur etmişdi və lazımi prosedur olmadan dənizdə qeyri-müəyyən həbsin qanuni olaraq şübhəli olduğu presedenti yaratmışdı.

2002-ci ildə Corc Buş administrasiyası 2001-ci il 11 sentyabr hücumlarından qısa müddət sonra ABŞ-ın Əfqanıstanı işğalından sonra terrorda şübhəli bilinənləri saxlamaq üçün Quantanamoda həbs düşərgəsi tikmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.