Aİİ-də Taylandla azad ticarət zonası sazişi üzrə danışıqlara başlamaq barədə konsensus var
Bu gün, 16:45
Rusiyanın krallıqdakı səfiri bu il daha bir görüşün baş tutacağını gözləyir - Tailand tərəfi azad ticarət zonasının yaradılmasına dair saziş layihəsini təqdim etməyə hazırlaşır.
Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvləri arasında Tailandla azad ticarət sazişinin bağlanması üzrə danışıqların başlanması məsələsində konsensus var. Bunu Rusiyanın Taylanddakı səfiri Yevgeni Tomixin deyib.
"Ötən il taylandlı tərəfdaşlarımızın Aİİ-yə daxil olan müxtəlif ölkələrlə bir sıra əlaqələr qurduqlarını biz özümüz üçün qeyd etdik. Fikrimizcə, bu, perspektivli ideyadır. Söhbət Tayland ilə bir qrup dövlət arasındakı azad ticarət zonası sazişindən getdiyi üçün, əlbəttə ki, Aİİ tərəfindən Avrasiya İqtisadi Komissiyası (AİK) bu məsələ ilə məşğuldur", - diplomat "TASS"a müsahibəsində bildirib.
Tomixinin sözlərinə görə, artıq bu məsələ ilə bağlı bir neçə rəsmi görüş keçirilib. Diplomat bu il daha bir görüşün baş tutacağını gözləyir - Tayland tərəfi "azad ticarət zonasının yaradılması ilə bağlı müəyyən bir saziş layihəsini danışıqlar masasına qoymaqda" qərarlıdır.
Taylandın Xarici İşlər Nazirliyi ötən ilin noyabrında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Krallığın xarici işlər nazirinin müavini Rata Çaliçanın görüşündən sonra bildirib ki, Taylan Aİİ ilə azad ticarət zonası sazişinin bağlanması üçün danışıqlara başlamaq məsələsində Rusiyadan dəstək istəyib.