Putin "Qazprombank" göstəriş verdi - Maskla işləyin!

22-02-2025, 16:38           
Putin "Qazprombank" göstəriş verdi -
Rusiya Prezidenti Vladimir Putin “Qazprombank”ın idarə heyətinin sədr müavini Dmitri Zauersə amerikalı sahibkar İlon Maskla texnologiyaların hazırlanması istiqamətində əməkdaşlıq etməyi məsləhət görüb.

Publika.az-a istinadən xəbər verilir ki, Rusiya lideri hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Maskla bağlı proqnozunu bölüşüb.

Putin Gələcək Texnologiyalar Forumu sərgisində onu müşayiət edən Zauersə bu barədə deyib:

“Mask ilə qüvvələri birləşdirin. ABŞ-da inzibati orqanlarda islahatları bitirdikdən sonra o, biznesə, elmə gedəcək. Siz onunla əməkdaşlıq etməlisiniz”.

Forumda xarici ölkələrin bəzi sahələrdə Rusiyanı “üstələdiyini” deyən Putin hökumətə ölkənin texnoloji inkişafını idarə etmək üçün idarələrarası mexanizm hazırlamağı tapşırıb.

Qeyd edək ki, fevralın 21-də Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru