BMT Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib - VİDEO
Bu gün, 08:14
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Ukraynadakı münaqişə ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qətnaməni 93 ölkə dəstəkləyib. 18 dövlət sənədin əleyhinə çıxıb, daha 65 ölkə isə bitərəf qalıb.
Antirusiya qətnaməsi Ukrayna tərəfindən 50-dən çox ölkənin həmmüəllifliyi ilə hazırlanıb. Onların arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa, Baltikyanı dövlətlər və digər ölkələr yer alıb.
22 fevral tarixində ABŞ bu qətnamənin həmmüəllifi olmaqdan imtina edərək, "Sülhə Yol" adlı neytral sənədini təqdim edib. Bu sənəddə ABŞ Ukraynadakı münaqişənin başlanmasına görə Rusiyanı günahlandırmır.
24 fevralda ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi bildirib ki, Birləşmiş Ştatlar BMT Baş Assambleyasının Ukraynadakı münaqişə ilə bağlı antirusiya qətnaməsini dəstəkləmir və onun geri çağırılmasını tövsiyə edir.