“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA

Bu gün, 00:15           
 “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
“Sputnik”, “Amerikanın Səsi”, “BBC News Azərbaycanca”nın ölkəmizdə geniş heyətlə nümayəndəlik kimi fəaliyyət göstərməsi onların özlərinə bəlli olan səbəblərdən özlərinə lazımdır.

Bunu TNS-ə siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycan müstəqil dövlətdir, media sahəsində də müstəqil siyasət aparır: “Adıkeçən qurumlar Azərbaycan daxilində fəaliyyət göstərən dövrdə də istisnasız olaraq anti-Azərbaycan fəaliyyətlə məşğul olub. Biz onlara qucağımızı açmışıq, evimizin isti guşəsində yer vermişik, bəsləmişik, əzizləmişik. Amma onlar anti-Azərbaycan fəaliyyətlərindən imtina etməyiblər.

Təbiidir ki, zamanın şərtlərinə uyğun olaraq olaraq, bəlli bir dövrdə Azərbaycan buna dözməli idi, dözüb. Ancaq indi dünya dəyişib, o cümlədən Azərbaycan. Azərbaycan dövləti artıq media sahəsində də müəyyən məsələlərə çəki-düzən vermək məcburiyyətindədir. Burada siyasi don geyindiriləcək heç bir şey yoxdur. Biz Böyük Britaniyanı, Rusiyanı, başqa dövlətləri qarşımıza alıb müharibə etməyə hazırlaşmırıq. Sadəcə, dövlətimiz özünə hörmət edən dövlət olaraq onlarla bu cür münasibət qurmağı uyğun görür. Bizə heç bir beynəlxalq qurum nəyisə diqtə edə, irad tuta bilməz”.

Azər Həsrət əlavə edib ki, balaca bir ölkədə xarici dövlətlərin bu qədər böyük heyətlə media nümayəndəliyi saxlamasına gərək yoxdur: “Onlar düşünə bilər ki, özlərinin ehtiyacı var. Amma bizim ehtiyaclarımız onların ehtiyacları ilə həmişə üst-üstə düşməyə bilər. Məsələyə siyasi rəng verməyə də gərək yoxdur. Sadəcə, Azərbaycan dövləti, xüsusilə də özünün daxili təhlükəsizliyi məqsədilə bu cür media məsələlərinə çəki-düzən verməli idi və verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.