“Ermənistan Azərbaycandan Naxçıvana yol açmağa hazırdır”– Paşinyan

28-02-2025, 08:18           
“Ermənistan Azərbaycandan Naxçıvana yol açmağa hazırdır”– Paşinyan
“Bakı ilə sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırılmamış olaraq qalır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə partiya fəalları ilə qapalı görüşündən sonra jurnalistlərlə söhbəti zamanı deyib.

Paşinyanın sözlərinə görə, tərəflər sərhəddə avropalı müşahidəçilərin olması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı olaraq geri götürülməsində razılığa gələ bilməyiblər.

“Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə mənfi cavab verməlidir və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur. Ermənistan İrandan keçən yol ilə eyni prinsiplə Azərbaycandan Naxçıvana yol açmağa hazırdır. Lakin bu halda İrəvan qarşılıqlı əsasda yolun istismarını daha da sadələşdirməyə hazırdır”, – Paşinyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru