Rusiyanın çətin günləri bitir, daha çətin günləri başlayacaq...
Bu gün, 08:14
Rusiyanın Çita şəhərində Sənan adlı bir azərbaycanlı öz həyat yoldaşını öldürüb, sonra türmədə ərizə yazıb, "könüllü" orduya yazılaraq Ukraynaya, işğalçı müharibəyə gedib. Donetsk vilayətinə, hərbi hissəyə çatandan bir neçə gün sonra silahını da götürüb ordan qaçıb, heç yerdə tapa bilmirlər. Rusiyanın 3 il davam edən işğalçı müharibəsi yaxın həftələrlərdə atəşkəslə bitəcək, amma bu müharibənin əks-sədası illərlə davam edəcək. Rusiya hər gün müharibəyə 300 mln. dollar xərcləyir, onlar da atəşkəs istəyir, amma, indi Rusiya ordusunda 700-800 min "könüllü" var, ayda 205 mın rubl maaş alırlar, aralarında banditlər də var, "zeklər" də - onminlərlə "trofey" silah əllərdədir, yaxşı, onlar evlərinə dönüb ayda 15 min rubla supermarketdə gözətçi işləməyə razı olacaqlarmı?! Yəni, Rusiyanın çətin günləri bitir, daha çətin günləri başlayacaq... Natig Jafarli TEREF