Zelenski Trampla görüşü şərh edib

1-03-2025, 09:26           
Zelenski Trampla görüşü şərh edib
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Ağ evdə keçirilmiş görüşü şərh edib.

Bu barədə Ukrayna liderinin sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım yerləşdirilib.

“Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. ABŞ Prezidentinə, Konqresə və Amerika xalqına təşəkkür edirəm.

Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz məhz bunun üçün çalışırıq”, – Zelenski vurğulayıb.

Xatırladaq ki, iki ölkə liderinin Vaşinqton görüşü qalmaqala çevrilib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb. Tramp cavabında bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və “əlində güclü kartlar” yoxdur.

Tramp vurğulayıb ki, ukraynalı əsgərlər inanılmaz şücaət göstəriblər, lakin ABŞ döyüşləri dayandırmaq və pulu “yenidənqurma kimi başqa məqsədlər üçün” istifadə etmək istəyir.

Daha sonra ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində Zelenskinin “sülhə hazır olmadığını” qeyd edən yerləşdirib. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru