Vensin böhtanı faktlarla təkzib edildi...

2-03-2025, 00:03           
Vensin böhtanı faktlarla təkzib edildi...
Dünənki ağlasığmaz hadisədən sonra hələ də Zelenskini ittiham edənlər var ki, gərək hövsələli olydı, "qabağından yeyəydi".
Bir şey aydın görünür ki, Ukrayna prezidentini Ağ Evə dəvət edərkən ABŞ rəhbərliyi onunla "haqq-hesab çəkməyi", "körpüləri yandırmağı" qarşılarına məqsəd qoymuşdu. Gah nala, gah da mıxa vuran Trampın bu işin öhdəsindən gəlməyəcəyini duyan J.D. Vens təşəbbüsü öz əlinə götürdü və işinin öhdəsindən layiqincə gəldi. Trampın bir sözünü iki eləməyə cəsarət etməyən birinin bu görüşdə ondan icazəsiz nəsə deyə biləcəyi inandırıcı görünmür.
Ukrayna prezidentini ABŞ-a minnətdar olmamaqda suçlayan Vensin yalanını isə CNN kanalı qısa zamanda ortaya qoydu. Məlum olub ki,
Zelenski ABŞ-a ən azı 33 dəfə təşəkkür edib. Bu, ABŞ-ın vitse-prezidenti J.D.Vansın Zelenskinin “nankor” olması ilə bağlı iddialarını təkzib edir.
Zelenski 2022-ci ilin fevralında genişmiqyaslı işğalın başlanmasından bəri ABŞ-a dəfələrlə təşəkkür edib – Trampa və prezident Co Baydenə, hər iki partiyadan olan Konqres üzvlərinə, Amerika müdafiə şirkətlərinə və onların əməkdaşlarına və Amerika xalqına təşəkkürünü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru