Starmer və Zelenski arasında böhran görüşü

Dünən, 10:18           
Starmer və Zelenski arasında böhran görüşü
Ukrayna prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın baş naziri Keir Starmer ilə böhran görüşü keçirib. Görüşün əsas mövzusu dünən Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Zelenski arasında kameralar qarşısında baş verən qarşıdurma olub. Starmer bundan sonra hər iki liderlə telefon danışığı apararaq vasitəçilik etməyə çalışıb.
Bu arada, ABŞ hökuməti ilə dialoqu bərpa etməyə çağıran səslər getdikcə artır. NATO-nun baş katibi Mark Rutte Zelenskidən Tramp ilə münasibətlərini yaxşılaşdırmasını istəyib. Polşa prezidenti Andjey Duda isə Zelenskini yenidən danışıqlar masasına qayıtmağa çağırıb.
Londonda növbəti sammit
Sabah Zelenski Londonda daha bir Ukrayna sammitində iştirak edəcək. Görüşə Avropanın bir çox dövlət və hökumət başçılarının, o cümlədən Almaniya kansleri Olaf Şoltsun da qatılması gözlənilir. Tədbirə Türkiyədə dəvətlidi. Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Londondan verilən məlumata görə, sammitdə əsas müzakirə mövzusu Avropanın ABŞ-ın dəstəyi olmadan hərbi müdafiəsini necə gücləndirə biləcəyi olacaq. Britaniyanın “The Sun” qəzeti yazır ki, Zelenski sabah həmçinin Böyük Britaniya kralı III Çarlz tərəfindən Şərqi İngiltərədəki Sandringham iqamətgahında qəbul ediləcək.
Sarvan Səmədoğlu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.