Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan

3-03-2025, 00:09           
Qukasyanın müharibə haqda Bakıda dedikləri göstərir ki, Putin… - Abramyan
Bakıda davam edən məhkəmə prosesi zamanı “prezident” (keçmiş qondarma rejimin lideri – red.) Arkadi Qukasyan Ermənistanın 44 günlük müharibədə iştirakına toxunaraq, İrəvanın “artsax”ın təhlükəsizliyinin təminatçısı olması faktını əsas kimi göstərib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan deyib.

O, müharibənin ilkin mərhələdə dayandırılması ilə bağlı gedən müzakirələrə toxunaraq qeyd edib ki, Arkadi və Bako Saakyan (keçmiş qondarma rejimin digər lideri – red.) müharibə zamanı “prezident” səlahiyyətlərini icra edən Araik Arutyunyanla görüşüblər:

“Məqsəd Ermənistan rəhbərliyini müharibəni dayandırmaq üçün hər şeyin edilməsinə çağırmaq idi. Rusiya prezidenti (Vladimir Putin – red.) də müharibənin erkən mərhələdə dayandırıla biləcəyinə və böyük itkilərin qarşısının alınacağına inanırdı”.

T.Abramyan müharibənin uzanmasına görə Nikol Paşinyan hakimiyyətinin məsuliyyət daşıdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru