"Bizə ərazi güzəştlərinə hazır olan Ukrayna lideri lazımdır" — Trampın müşaviri

3-03-2025, 10:14           
"Bizə ərazi güzəştlərinə hazır olan Ukrayna lideri lazımdır" — Trampın müşaviri
"Vaşinqtona münaqişəni həll etmək üçün ABŞ və Rusiya ilə işləməyə hazır olan Ukrayna lideri lazımdır".

Bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

O, əlavə edib ki, Ukrayna münaqişənin həlli üzrə danışıqların tərkib hissəsi kimi ərazi güzəştlərinə hazır olmalıdır.

“Bu, şübhəsiz ki, təhlükəsizlik təminatları müqabilində hansısa ərazi güzəştləri olacaq. Bu, əvvəlki raundlarda müzakirə olunub. Zəmanətlər müvəqqəti deyil, daimi olmalıdır və Avropa onlara rəhbərlik etməlidir, deyə o bildirib. Bununla belə, Kiyev hələlik konkret təkliflərə hazır deyil və bu, Vaşinqtonda məyusluq yaradır" - Trampın köməkçisi əlavə edib.

Vals vurğulayıb ki, Ukrayna NATO-ya üzv olmayacaq, çünki bu, avtomatik olaraq ABŞ-ni münaqişəyə cəlb edəcək.(savashmedia.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru