ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? - Nazirdən AÇIQLAMA

Bu gün, 09:51           
ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? - Nazirdən AÇIQLAMA
"Ukrayna ilə nadir torpaq metalları üzrə saziş hazırda müzakirə olunmur".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri CBS telekanalına müsahibəsində ABŞ maliyyə naziri Skott Bessent deyib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna xalqları arasında sıx əlaqələrin olduğunu göstərmək üçün Ağ Evə gəlməli və razılaşmanı imzalamalı idi, lakin siyasətçi bunu "məhv etmək" qərarına gəlib.

Qeyd edək ki, razılaşmanın imzalanması Ağ Evdə Zelenski ilə Tramp arasında baş verən mübahisədən sonra baş tutmayıb.

Ukrayna lideri bundan sonra qeyd edib ki, baş verənlərə baxmayaraq, ABŞ ilə mineral ehtiyatların çıxarılması üzrə müqaviləni imzalamağa hazırdır. Siyasətçi ümid etdiyini bildirib ki, ABŞ sivil dünyanın liderlərindən olmaqla, Ukraynaya yardımını dayandırmayacaq. Bununla belə, dövlət başçısı yarana biləcək bütün çətinliklərə hazırdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.