İranın vitse-prezidenti Cavad Zərif Tehranda hökumətdəki qarışıqlıq fonunda istefa verib

Bu gün, 16:44           
İranın vitse-prezidenti Cavad Zərif Tehranda hökumətdəki qarışıqlıq fonunda istefa verib
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif ölkənin ədliyyə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin “məsləhəti” ilə istefa verib.

Martın 3-də X-də yazdığı postda Zərif deyib ki, o, Möhseni-Ejei tərəfindən söhbətə “dəvət olunub” və burada ona “hökumətə qarşı daha çox təzyiqin qarşısını almaq üçün akademiyaya qayıtmaq tövsiyə olunub”.

Keçmiş xarici işlər naziri Zərifin islahatçı prezident Məsud Pezeşkian hökumətindəki təyinatı bir neçə aydır ki, gərginliyə səbəb olub. Sərt xətt tərəfdarları bu təyinatın 2022-ci ildə qəbul olunmuş vəzifələrə təyinatlar haqqında qanunu pozduğunu bildiriblər.

Zərifin tənqidçiləri onun Amerikada dünyaya gələn oğullarının ikili vətəndaş olduğunu və bunun da onu belə bir vəzifə tutmağa uyğun olmadını göstərirdiyini iddia edir.

Zərif uzun müddətdir ki, sərt xətt tərəfdarlanın tənqidinə tuş gəlib. Onlar Zərifin həddən artıq çox xarici əlaqələrinin olduğunu iddia edib. O həmçinin 40 yaşlarında olan övladlarının o tələbə olarkən ABŞ-da dünyaya gəldiklərində ABŞ vətəndaşlığı aldıqlarına görə şübhələrlə üzləşib.

Zərif mühafizəkar kabinet üzvləri seçilməsi ilə əlaqədar Pezeşkian ilə fikir ayrılıqlarını əsas gətirərək, vəzifəyə başladıqdan iki həftə keçməmiş 2024-cü ilin avqustunda istefa verməyə cəhd etmişdi.

Sonradan məlum olub ki, o, qanunla bağlı tənqidçilərin artan təzyiqi səbəbindən istefa verib.

Zərifin istefası martın 2-də qanunvericilər tərəfindən 182-82 səs çoxluğu ilə istefaya göndərilən iqtisadiyyat naziri Əbdülnasser Hemmatinin impiçmentindən sonra baş verib.

Siyasi təlatümlər ötən ilin iyulunda seçkilərdəki qələbəsi ilə ölkəni şoka salan Pezeşkian üçün növbəti səs-küyə səbəb olub. Onun qələbəsi bəzi müşahidəçilərə Qərblə münasibətlərin yaxşılaşdırılmasına dair potensialın olduğuna ümid verib.

Bu addım planlaşdırılmamış elektrik kəsilmələrindən əziyyət çəkən İranda artan inflyasiya və dəyərdən düşən valyuta ilə bağlı əhali arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

İranda tanınmış və mübahisəli fiqur olan Zərif mötədil keçmiş prezident Həsən Ruhani dövründə Tehranın baş diplomatı olub və dünya qüdrətləri ilə nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb.

Bu arada Zərif İranda insan haqlarının pozulmasına, hicabın məcburi geyinilməsinə və digər millətçi ifadələrə haqq qazandıran şərhlərinə görə beynəlxalq tənqidlərlə üzləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.