İsveç Baltik dənizində mümkün təxribatla bağlı araşdırmalara başlayıb

4-03-2025, 09:44           
İsveç Baltik dənizində mümkün təxribatla bağlı araşdırmalara başlayıb
Qotlandda mümkün təxribatla bağlı təhqiqat başladılıb

İsveç hüquq-mühafizə orqanları Baltik dənizindəki Qotland adasında su təchizatının zədələnməsi ilə bağlı mümkün təxribatla bağlı araşdırmalara başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Aftonbladet” mənbələrinə istinadən məlumat yayıb.

İsveçin təhlükəsizlik polisinin sözçüsü Yohan Vikström nəşrə açıqlamasında deyib ki, "həqiqətən də dünən insident qeydə alınıb".

Qotlandın su və tullantı su xidməti bildirib ki, naməlum şəxslər adanın əksər hissəsini təmin edən su nasoslarını sıradan çıxarıblar.

Qotland Region Su və Tullantı Suları Departamentinin rəhbəri Patrik Yohanssonun sözlərinə görə, bu, mümkün təxribat və qəsdən insan müdaxiləsidir.

Daha əvvəl İsveçin Baş naziri Ulf Kristersson ölkənin yeni sualtı kabel qırılması ilə bağlı araşdırma aparacağını açıqlamışdı. Onun sözlərinə görə, Stokholm Baltik dənizində infrastrukturun mümkün zədələnməsi ilə bağlı bütün məlumatları çox ciddi qəbul edir.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru