ABŞ-ın sağçı ideoloji fantaziyası Vaşinqtonun dramatik geosiyasi dəyişməsinə təkan verir
Bu gün, 09:28
"CNN" yazır: “Yeni ABŞ administrasiyası bütün xarici siyasət konfiqurasiyalarını sürətlə dəyişir. Bu, bizim baxışımızla böyük ölçüdə üst-üstə düşür”, - Kremlin sözçüsü Dmitri Peskov bazar günü yayımlanan Rusiya dövlət televiziyasına açıqlamasında belə deyib. Amma ABŞ prezidentinin Amerikanın ənənəvi tərəfdaşları əvəzinə Kremli seçməsi hələ də güclü spekulyasiyaların mövzusu olaraq qalır. Trampın hansısa bir şəkildə Kremlin agenti olması və ya Putinə bağlı olması ilə bağlı tez-tez səslənən fikirlər kimi, bunların çoxu dəlil-sübutsuzdur. Ola bilsin ki, Rusiyanın Çinlə gələcək qarşıdurmada ABŞ-ın təbii müttəfiqi olması və Rusiyanın ən mühüm himayədarı olan Çindən ayrıla biləcəyi ilə bağlı ABŞ-ın sağçı ideoloji fantaziyası Vaşinqtonun dramatik geosiyasi dəyişməsinə təkan verir. Ancaq bir çox çaşqın vəziyyətdə qalmış müşahidəçilər üçün Trampın Kremlə tərəf fövqəladə dönüşü ilə bağlı hər iki izahat eyni dərəcədə yersiz görünür... Elbeyi Hesenli TEREF