Tramp Rusiya və Ukraynadan danışıqlara hazır olmaları ilə bağlı siqnal alıb

5-03-2025, 09:26           
Tramp Rusiya və Ukraynadan danışıqlara hazır olmaları ilə bağlı siqnal alıb
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olması ilə bağlı məktub aldığını deyib.

Oxu.Az xəbər verir ki, o, bu barədə Konqresin hər iki palatasının üzvləri qarşısında çıxışı zamanı danışıb.

"Mən bu gün Ukrayna prezidenti Zelenskidən mühüm məktub aldım. Məktubda deyilir ki, Ukrayna uzunmüddətli sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Faydalı qazıntılar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır", - deyə Tramp qeyd edib.

Tramp bildirib ki, Rusiya ilə də ciddi müzakirələr aparıb: "Biz Rusiya ilə də ciddi müzakirələr apardıq, onlardan sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu gözəl olmazdımı? Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Müharibələri bitirmək istəyirsinizsə, hər iki tərəflə danışmalısınız", - deyə, Tramp vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru