Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb

6-03-2025, 08:14           
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
Bu ilin aprelin 30-na kimi 700 minə yaxın miqrant Rusiya Federasiyasını tərk etməli olacaq.

Bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev nazirliyin kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunda Rusiya Federasiyası ərazisində qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərin sayı 700 minə yaxın olub.

Nazir qeyd edib ki, həmin miqrantlar aprelin 30-na kimi sənədlərini qaydasına salmalı, hüquqi statuslarını leqallaşdırmalıdırlar.

Kolokoltsev 1,5 min nəfərin qanun pozuntularına görə, Rusiya vətəndaşlığından məhrum edildiyini də söyləyib.

Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən miqrasiya haqqında qanunvericiliyini sərtləşdirib. Ölkə ərazisində olan qanunsuz miqrantlara bu ilin aprelin 30-dən hüquqi statuslarını leqallaşdırmaq üçün vaxt verilib. Sənədlərini qaydasına salmayan miqrantların mayın 1-dən Rusiyadan çıxarılmasına başlanılacaq. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru