"Putin peşman olub, amma onun variantları var" — Lukaşenko

7-03-2025, 08:44           
"Putin peşman olub, amma onun variantları var" — Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Putinin müharibənin gəldiyi nöqtəyə görə təəssüfləndiyini bildirib.

Bu barədə Lukaşenko jurnalist Mario Navfala müsahibəsində danışıb.

O, Putinin Ukraynada genişmiqyaslı müharibənin necə inkişaf edəcəyini proqnozlaşdıra bilmədiyi üçün peşman olduğunu iddia edib:

"Həmişə variantlar var. Putinin variantları var idi. Problem təkcə NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı deyil, Ukraynada yaranan təhdidlərlə bağlıdır. Bu hadisələrin arxasında duran əsas səbəblərdən biri Putinin bunun belə bir müharibəyə çevrilə biləcəyini nəzərə almamasıdır. Böyük itkilərin olduğunu görən Putin dərhal münaqişəni dayandırmaq üçün kompromis axtardı. O, Ukraynanı tərksilah edəcək və Ukraynada yaşayan rusların zərər görməsinin, dillərinin qadağan olunmasının qarşısını alacaq razılaşma əldə etməyə çalışdı". (Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru