Trampın komandasında yer almaqla Rubio öz karyerasına təmizlənməz ləkə saldı.

7-03-2025, 16:14           
Trampın komandasında yer almaqla Rubio öz karyerasına təmizlənməz ləkə saldı.
Dünən "Kül Çərşənbəsi"(Kül Çərşənbəsi xristian dünyasında Pasxa bayramına aparan 40 günlük orucun – Böyük Orucun başlanğıcını qeyd edən gündür) günü idi. Rubio FOX kanalına alnında xaç işarəsi ilə gəldi, beləliklə hər kəs onun kilsədən yeni çıxdığını və qatı katolik olduğunu gördü.
Daha sonra, alnında xaç işarəsi ilə ABŞ-ın yüksək rütbəli diplomatı kimi ilk dəfə Rubio Rusiya propaqandasının əsas tezisini təkrarladı və Ukraynadakı müharibənin ABŞ və Rusiya arasında proksi müharibəsi olduğunu söylədi. Yəni, ABŞ Ukraynanı proksi olaraq istifadə edərək Rusiya ilə dolayı yolla müharibə aparır və bu müharibəni bitirmək lazımdır. Onun fikrincə, bunu yalnız Tramp bacarar.
Bütün bunlar olduqca iyrənc görünür, çünki məhz "Kül Çərşənbəsi" günü Rusiya Ukraynaya zərbələr endirirdi. Və məhz "Kül Çərşənbəsi" günü katolik və Kuba dissidentlərinin oğlu Rubionun xidmət etdiyi Tramp administrasiyası Putinin xeyrinə Ukraynaya hərbi yardımı dayandırdı.
Rubio, Respublikaçı partiyasının parlaq siması İDİ, öz prinsipiallığı, sərt mövqeyilə fərqlənirdi, "qırğı"lar sırasında idi. Trampın komandasında yer almaqla Rubio öz karyerasına təmizlənməz ləkə saldı.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru