Vans Meksika sərhədini ziyarət edib, ABŞ-ın Meksikaya hərbi müdaxilə etməyəcəyini deyib

7-03-2025, 15:44           
Vans Meksika sərhədini ziyarət edib, ABŞ-ın Meksikaya hərbi müdaxilə etməyəcəyini deyib
ABŞ-ın vitse-prezidenti JD Vans çərşənbə axşamı Ağ Ev rəsmilərindən ibarət üç nəfərlik komandaya başçılıq edərək Texas-Meksika sərhəddindəki mühüm keçid məntəqəsinə baş çəkib. Orada o, prezident Donald Trampın sərt immiqrasiya təşəbbüslərini təkrarlayıb və amerikalıları ABŞ qüvvələrinin Meksikaya hərbi müdaxilə etməyə planlaşdırmadığına əmin edib.

Onun Texas ştatının kiçik sərhəd şəhəri olan İql Pasa səfəri, Trampın çərşənbə axşamı Konqres qarşısında etdiyi çıxışdan sonraya təsadüf edir ki, həmin çıxışda o, həbslər və deportasiyalar proqramını “onları çıxarmaq və tez çıxarmaq” kimi təsvir edib.

Vansın sözləri, həmçinin Trampın narkotik kartellərini xarici terror təşkilatları kimi təyin etməsindən sonraya təsadüf edir.

"Mən bu gün burada Meksikaya hər hansı hərbi müdaxilə ilə bağlı hər hansı bir açıqlama verməyəcəyəm" Vans deyib. "Prezidentin meqafonu var və təbii ki, o, lazım bildiyi kimi bu məsələlərlə bağlı danışacaq. Lakin kartelləri terror təşkilatları təyin etmək bizə imkan verir ki, Birləşmiş Ştatlar ordusunun bütün resurslarını sərhədlərin ciddi şəkildə qorunması ilə məşğul olmaq üçün səfərbər edək."

Vansı müşayiət edən Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard da deyib ki, “Məqsədimiz Amerika xalqını təhlükəsiz saxlamaqdır.”.

Vans və Qabbardla birlikdə Texasa gedən Müdafiə naziri Pit Heqdet, onun “sərhəd təhlükəsilziyinin milli təhlükəsizlik” olduğuna fikrini vurğuladı və qoşunların hansı rolu həyata keçirə biləcəklərinə aydınlıq gətirdi, çünki onlara mülki hüquq-mühafizə əməliyyatlarını həyata keçirmək qanuni olaraq qadağandır.

“Müdafiə Departamentində təkcə qoşunlar, təkcə müşahidə, təkcə avadanlıq yox, həm də Sərhəd Patrulunun artıq gördüyü işləri təkmilləşdirən faktiki planlaşdırma və bacarıqlar daşıya biləcəyimiz imkanlar var,” o deyib.

İmmiqrasiya tərəfdarları Amerikanın Səsinə bildiriblər ki, Vansın da vurğuladığı kimi sərhəd keçidlərindəki hazırkı sakitlik çaşdırıcı ola bilər. Onlar həmçinin Trampın icraya əsaslanan strategiyasını tənqid edib.

Bu arada isə Vaşinqtonda Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin Respublikaçı lideri Ceyms Komer, hüquq-mühafizə orqanlarının immiqrasiya mühafizəsi ilə əməkdaşlığını məhdudlaşdıran siyasətlərinə görə dörd böyük şəhərin merini tənqid edib.

"Sığınacaq şəhərləri hamımızı daha az təhlükəsiz edir və ictimai təhlükəsizlik kabusudur," Komer deyib.

Tramp Konqresə müraciətində qanunverici orqandan immiqrasiyaya nəzarət üçün daha çox maliyyə ayrılmasını istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.