Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxmaq istəyir

8-03-2025, 17:14           
Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxmaq istəyir
ABŞ Prezidenti Donald Tramp Amerika və Kanada arasında sərhədi müəyyən edən müqaviləni etibarlı saymadığını bildirib və ona yenidən baxılmasını istəyib.

“The New York Times” xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo ilə söhbətlərinin birində Tramp razılaşmanı etibarlı hesab etmədiyini bildirib, lakin heç bir əlavə izahat verməyib.

Söhbət 1908-ci ildə bağlanan və ABŞ ilə o zaman hələ Britaniya dominionu olan Kanada arasında beynəlxalq sərhədi təyin edən müqavilədən gedir. Bundan əlavə, Tramp bir sıra beynəlxalq müqavilələrlə tənzimlənən göl və çaylardan birgə istifadəyə dair sazişlərə də yenidən baxmaq niyyətində olduğunu bildirib.

Kanada rəsmiləri Trampın Kanada ilə bağlı əvvəlki açıqlamalarını nəzərə alaraq son açıqlamaları ciddi qəbul edib. Belə ki, o, daha əvvəl açıq şəkildə iqtisadi təzyiq vasitəsilə Kanadanı “diz çökdürmək” istədiyini bəyan etmişdi.

Bu yaxınlarda isə Tramp Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ehtimalını da vurğulayıb, lakin ölkəni hipotetik şəkildə ABŞ-yə birləşdirmək üçün hərbi gücdən istifadə etməyi düşünmədiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru