Zelenski gələn həftə Səudiyyə Ərəbistanına GEDİR

Bu gün, 00:03           
Zelenski gələn həftə Səudiyyə Ərəbistanına GEDİR
Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, dövlət başçısı X (keçmiş Twitter) platformasında verdiyi açıqlamada səfərin bazar ertəsi günü başlayacağını və bu çərçivədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş keçirəcəyini bildirib.

Ukrayna lideri vurğulayıb ki, bu səfər çərçivəsində Ukraynanın təhlükəsizlik maraqları, ərzaq ixracı, regionda sabitliyin qorunması və beynəlxalq diplomatik səylər müzakirə olunacaq. Zelenskinin Səudiyyə Ərəbistanından ayrılmasının ardından, rəsmi Kiyev bu ölkədə diplomatik mövqelərini gücləndirmək üçün yüksək səviyyəli nümayəndə heyətini orada saxlayacaq.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sıbiga, müdafiə naziri Rüstəm Umerov və Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa daxildir. Bu heyətin ABŞ Administrasiyasının rəhbərləri ilə görüşü planlaşdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.