ABŞ Çindən əl çəkmir.
Bu gün, 12:24

Prezidenti Donald Trampın Çin məhsullarına qarşı rüsumları artırması azmiş kimi indi də ABŞ-nin Missuri ştatının federal məhkəməsi Çin hökumətini pandemiyanın başlanğıcında koronavirusun yayılması ilə bağlı məlumatları gizlətməkdə təqsirli bilərək 24 milyard dollar təzminat ödənməsi barədə qərar qəbul edib. “The New York Times” nəşrinin yazdığına görə, Missuri Prokurorluğu Çinə qarşı iddiasının hələ 2020-ci ilin aprel ayında qaldırıb. Hakim iddianı təmin edib. Hakimin sözlərinə görə, Pekin COVID-19 pandemiyasının təhlükələri və əhatə dairəsi haqqında dünyaya yanlış məlumat verdiyini və fərdi qoruyucu vasitələrin istehsalında inhisar yaratmağa çalışdığını bildirib.
Missuri məhkəməsinin qərarı Çin Kommunist Partiyasına, Çindəki yerli hökumətlərə və Çinin Milli Səhiyyə və Sosial İdarəsinə şamil edilir. Missuri Baş Prokurorluğu iddia əsasında cəriməni ödəmək üçün Çinin aktivlərini müsadirə etmək niyyətindədir. Missusir ştattı ilə yanaşı digər ştatlarda Çinə qarşı oxşar iddialar qalıdılıb.
Avropa ölkələrindən pandemiyaya ilk əvvəl İtaliya məruz qalmışdı. Bu ölkədə hər gün ölənlərin sayı minlərlə idi. Məlum oldu ki, pandemiyanı İtaliyada bu ölkənin müəssisələrindən çalışan çinli işçilər yayıblar. Məlum oldu ki, İtaliya müəssisələrində çinlilərdən ucuz işçi qüvvəsi kimi istifadə edilirdi. İşçilər Çindən tətildən geri döndükdən sonra xəstəliyi İtaliyaya yayıblar. Sonrakı aylarda pandemiyaya digər Avropa ölkələrinə də çatdı. Ümumilikdə COVID-19 pandemiyası əksər ölkəni bürümüşdü. Bir müddət sonra ən dəhşətli vəziyyət ABŞ-da yarandı. Hər gün ölənlərin sayı o minlərlə idi.
Aydındır ki, Çin ABŞ ştatlarının məhkəmə qərarlarını rədd edəcək. Pekin ABŞ məhkəməsinin qərarında vurğulanan “pandemiya barədə yanlış məlumat” və “fərdi qoruyucu vasitələrin istehsalında inhisar yaradıb” tezislərini də qəbul etməyəcək. Ağ Ev sahibi Donald Trampın məhkəmə qərarından Pekinə qarşı təzyiq aləti kimi istifadə edəcəyi də mümkündür.
Elxan Şahinoğlu
TEREF