Trampdan Putinə daha bir reverans:: - Sanksiya sözü işlədilməyəcək...

9-03-2025, 12:41           
 Trampdan Putinə daha bir reverans:: - Sanksiya sözü işlədilməyəcək...
ABŞ Kanadada keçiriləcək G7 xarici işlər nazirlərinin görüşündə Qərbin Rusiya neftinin gizli daşınmasını həyata keçirən “kölgə donanması”nı izləyəcək strukturun yaradılması təklifinə qarşı çıxıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, belə bir qrupun yaradılması qərarı G7 nazirlərinin əvvəlki görüşündə qəbul edilmişdi.

Agentliyin məlumatına görə, Vaşinqton həmçinin G7 çərçivəsində “Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınma hallarını müəyyən edən struktur” yaratmaq ideyasından tamamilə imtina edib.
Bundan əlavə, Birləşmiş Ştatlar, Bloomberg-ə görə, G7 xarici işlər nazirləri adından kommünikedə Rusiya ilə bağlı bölmədə “sanksiyalar” sözünün qeyd edilməsinə qarşı çıxıb.

Eyni zamanda, nəşr qeyd edir ki, Vaşinqton Çinin bəzi hərəkətləri ilə bağlı bəyannamədə daha sərt dildən istifadə olunmasında israr edir.

Xarırladaq ki, G7 xarici işlər nazirlərinin görüşü gələn həftə Kanadada baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru