Trampdan İrana xəbərdarlıq: Vaxt azalır!

10-03-2025, 16:14           
Trampdan İrana xəbərdarlıq:
ABŞ prezidenti Donald Tramp İrana xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə o, "Fox news"a müsahibəsində danışıb.

O deyib ki, İranla nüvə proqramı üzrə razılaşmaya dair danışıqlar üçün vaxt çərçivəsi məhduddur. Tramp hələ də razılığın əldə olunacağına ümid etdiyini bildirib.

“Mən məktub göndərdim… və onlarla hərbi həll yolu kimi təsirli bir sövdələşmə etmək istərdim. Lakin vaxt azalır”, - Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın əvvəlində İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərib. O, İranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edib.

İran ABŞ-ın danışıqlar təklifini rədd edib. Xamenei bildirib ki, ABŞ öz şərtlərini diqtə etməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru