11 martda nə olacaq: Savaşa davam, yoxsa?

10-03-2025, 10:24           
11 martda nə olacaq: Savaşa davam, yoxsa?
“Ukrayna Səudiyyə Ərəbistanında danışıqlar ərəfəsində hərbi əməliyyatları davam etdirmək niyyətindədir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “The Wall Street Journal” yazır.

Kiyev və Vaşinqton arasında danışıqlar martın 11-nə planlaşdırılıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ-nin yüksək səviyyəli nümayəndələrinin görüşü baş tutacaq. Görüşdə sülh yolu ilə nizamlanma və müvəqqəti atəşkəsə nail olmaq mexanizmlərinin müzakirə ediləcəyi gözlənilir.

Nəşr yazır:

“Nə olursa olsun, Kiyevdəki liderlər Ukraynanın mübarizəni davam etdirəcəyini bildiriblər”.

Jurnalistlər hesab edirlər ki, qarşıdan gələn görüş Ukraynaya yardımın verilməsində fasilənin bitməsi şansını artırır.

ABŞ ölkə Prezidenti Donald Trampın qərarından sonra Ukraynaya hərbi yardımı dayandırıb. Amerika lideri dəfələrlə Kiyev rejiminin başçısı Vladimir Zelenskini sülhə çağırıb və bəyan edib ki, Kiyevin başqa seçimi yoxdur.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Ukrayna və ABŞ arasında aparılan danışıqlarla bağlı “ehtiyatlı nikbinlik” ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru