Tramp Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir - KİV

18-03-2025, 10:18           
Tramp Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir - KİV
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna münaqişəsinin həlli çərçivəsində Krımın Rusiyanın regionu kimi tanınması imkanlarını araşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Semafor nəşri yazır.
“Tramp administrasiyası Krımı Rusiya ərazisi kimi tanımaq məsələsini nəzərdən keçirir”, - deyə nəşr bildirir.
Bundan əlavə, Ağ Ev rəhbərinin nümayəndələri ABŞ-ın BMT-dən eyni mövqe sərgiləməyi istəməsi ehtimalını müzakirə ediblər.
Nəşr hələlik heç bir qərarın verilmədiyinə diqqət çəkib. Semafor əlavə edib ki, nəzərdən keçirilən variant Ukraynadakı münaqişəyə son qoymaq üçün mümkün addımlardan biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru