Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun ən yüksək dərəcəli "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Bu barədə "RİA Novosti" agentliyi xəbər verib.
Qeyd edək ki, 75 yaşlı Sergey Lavrov 21 ildir Rusiya XİN-ə rəhbərlik edir.