Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər

31-03-2025, 10:18           
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər
Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər.

Bu barədə Britaniyanın həftəlik “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Jurnalın mənbəsi iddia edir ki, Ukrayna lideri Volodimir Zelenski rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməyəcəkləri ümidi ilə seçkiləri gözlənilmədən elan edəcək. Nəşrin məlumatına görə, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkilərin təşkili ilə bağlı işə başlamağı tapşırıb, ABŞ rəhbərliyi isə buna aprelin sonuna qədər nail ola biləcəyinə inanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru