ABŞ İranla birbaşa danışıqların sülhə gətirib çıxaracağına ümid edir

11-04-2025, 10:38           
ABŞ İranla birbaşa danışıqların sülhə gətirib çıxaracağına ümid edir
ABŞ İranla birbaşa danışıqların sülhə gətirib çıxaracağına ümid edir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio Nazirlər Kabinetinin iclasında bildirib.

Rubio qeyd edib ki, şənbə günü ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İslam Respublikasının yüksək rütbəli rəsmisi arasında birbaşa danışıqlar aparılacaq.

O xatırladıb ki, Prezident Tramp çox açıq şəkildə bildirib ki, İran heç vaxt nüvə silahına malik olmayacaq.

ABŞ dövlət katibi vurğulayıb ki, Omanda keçiriləcək ABŞ-İran nüvə danışıqları sülhə gətirib çıxara bilər.

“Ümid edirik ki, bu, sülhə gətirib çıxaracaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru