“Ukrayna güzəştlərə getməyə məcbur olacaq” - Duda

Bu gün, 17:34           
“Ukrayna güzəştlərə getməyə məcbur olacaq” - Duda
Polşa Prezidenti Anjey Duda hesab edir ki, Ukrayna və Rusiya arasında gözlənilən sülh sazişi tərəflərin heç birinin aydın qələbəsini əks etdirməyəcək və hər iki tərəfin güzəştlərini özündə ehtiva edəcək.

“AzPolitika” xəbər verir ki, Duda “Euronews”-a müsahibəsində sülh sazişini necə gördüyünü açıqlayıb: "Bu, kompromis olmalıdır, hər bir tərəf müəyyən mənada güzəştə getməli olacaq".

Polşa Prezidenti hesab edir ki, Rusiya ilə sülh razılaşması əldə olunarsa, Ukrayna müəyyən güzəştlərlə razılaşmaq məcburiyyətində qalacaq: "Ukrayna da müəyyən güzəştlərə getməli olacaq, çünki bunun baş vermə ehtimalı var. Nə dərəcədə? İndiki mərhələdə cavab vermək mənim üçün çətindir".

Duda vurğulayıb ki, uzanan müharibə həm Ukraynaya, həm də Rusiyaya itkilər gətirir. Onun fikrincə, yalnız ABŞ-nin aktiv rolu münaqişəni sona yaxınlaşdıra bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.