Vaşinqtonla Kiyev arasında imzalanan “resurs anlaşmasının” taleyi sual altındadır

3-05-2025, 09:14           
Vaşinqtonla Kiyev arasında imzalanan “resurs anlaşmasının” taleyi sual altındadır
ABŞ Ukrayna ilə “resurs anlaşmasını” imzaladıqdan sonra məntiqlə müharibəni sona çatdırmaq və ya uzunmüddətli atəşkəsə nail olmaq üçün səylərini artırmalıdır. Çünki, gərək sülh olsun ki, ABŞ Ukrayna ərazisində resursların istimarına başlaya bilsin. Ancaq saziş imzalandıqdan sonra Vaşinqtondan fərqli açıqlamalar gəlib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.
“Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik” – deyən Bryus əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər – Rusiya və Ukrayna arasında aparılmalıdır. Danışıqlar Moskva ilə Kiyev arasında aparılsaydı, ABŞ-a nə ehtiyac var idi ki? Digər açıqlama dövlət katibi Marko Rubiodan gəlib. O "Fox News" telekanalına müsahibəsində bildirib ki, Ukrayna Rusiya silahlı qüvvələrini 2014-cü il sərhədlərinə geri çəkilməyə məcbur edə bilməyəcək. Deməli, müharibə davam edəcək və bununla Vaşinqtonla Kiyev arasında imzalanan “resurs anlaşmasının” taleyi sual altında qalacaq.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru