Rusiya Talibana yardım edəcək

3-05-2025, 12:08           
Rusiya Talibana yardım edəcək
Rusiya Taliban hərəkatına “İslam Dövləti”nə aid olan “Vilayət Xorasan” qruplaşmasının terrorçularına qarşı mübarizədə kömək edəcək.

Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

O bildirib ki, "Taliban” ultra-radikal “qlobal cihad” ideologiyasını qəbul edən Xorasan Vilayətinə qarşı mübarizə aparmaq üçün səy göstərir və və bu qruplaşma Rusiya ilə Əfqanıstan üçün ortaq düşməndir.

Kabulov qeyd edib ki, Rusiya müvafiq strukturlar vasitəsilə Talibana hər cür yardım göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru