Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır

3-05-2025, 16:14           
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Biz Harvardı vergi statusundan məhrum etməyə hazırlaşırıq. Onlar buna layiqdirlər!” – o qeyd edib.

Daha əvvəl Harvard Universitetinin ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar apardığı bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru