ABŞ-dən Rusiyaya qarşı ŞOK gediş - Əgər Tramp bunu təsdiqləsə…

Dünən, 10:29           
ABŞ-dən Rusiyaya qarşı ŞOK gediş - Əgər Tramp bunu təsdiqləsə…
ABŞ administrasiyası Rusiyaya qarşı daha sərt iqtisadi təzyiqlər göstərmək üçün yeni sanksiyalar paketi üzərində işləyir.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı məlumatlı mənbələrin “Reuters” agentliyinə verdiyi açıqlamalara əsasən, hazırlanan sanksiyalar maliyyə və enerji sektorlarını əhatə edə bilər. Mənbələr bildirir ki, bu sanksiyalar Rusiya iqtisadiyyatının əsas dayaqlarına zərbə vurmağı hədəfləyir.

Eyni zamanda, agentlik qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın bu yeni sanksiyalar paketini təsdiqləyib-təsdiqləməyəcəyi hələlik bəlli deyil. Hazırda Ağ Ev daxilində mövzu ətrafında müzakirələr davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.