Tramp və Putin öz amplausunda...
5-06-2025, 12:14

Trampın Putinlə zəngi ilə bağlı bəyanatının tam mətni və çıxarılan nəticə:
“Mən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığımı yenicə bitirdim. Zəng təxminən bir saat on beş dəqiqə davam etdi.
Biz Ukraynanın Rusiya təyyarələrinə hücumlarını, eləcə də hər iki tərəfin müxtəlif digər hücumlarını müzakirə etdik. Bu, yaxşı söhbət idi, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyil.
Prezident Putin çox sərt şəkildə bildirdi ki, aerodromlara edilən son hücuma cavab verməli olacaq.
Biz İranı da müzakirə etdik və (qərara gəldik ki,) İranın nüvə silahı ilə bağlı qərar verməsi üçün vaxt daralır - bu, tezliklə qəbul edilməlidir! Mən prezident Putinə dedim ki, İran nüvə silahına malik ola bilməz və inanıram ki, biz bununla razılaşırıq.
Prezident Putin İranla müzakirələrdə iştirak edəcəyini və bəlkə də problemin tezliklə həlli baxımından kömək edə biləcəyini təklif etdi. Hesab edirəm ki, İran bu çox vacib məsələ ilə bağlı qərar verməkdə ləng gedir və biz çox qısa zamanda dəqiq cavab almalıyıq!”
Trampın bu paylaşımından aydın olur ki, iki ölkənin lideri telefon söhbəti zamanı Ukraynanı cəzalandırmaq qarşılığında İranı dayandırmaq barədə razılığa gəlib: ABŞ Rusiyanın Ukraynanı sərt şəkildə vurmasına səsini çıxarmayacaq, əvəzində isə İranın “nüvəsizləşdirilməsi” məsələsində Vaşinqtonun səylərini dəstəkləyəcək. Bir sözlə, Marksın təbirilə desək, imperialistlər bir-birinin quyruğunun ayaqlamamaq barədə ümumi razılığa gəldilər.
Heydər Oğuz
TEREF
