Britaniyalı nazir Rusiya aerodromlarının vurulmasından danışdı

5-06-2025, 16:44           
Britaniyalı nazir Rusiya aerodromlarının vurulmasından danışdı
Böyük Britaniyanın müdafiə naziri Con Xili Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi aerodromlarına endirdiyi zərbələri yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə britaniyalı nazir Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “hörümçək toru” əməliyyatı Ukraynanın Rusiya qoşunlarına ciddi zərbə vura biləcəyinin göstəricisidir.

Yada salaq ki, Ukrayna ordusu iyunun 1-də dronlardan istifadə etməklə Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlarda Rusiyanın onlarla hərbi təyyarəsini məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru