Moldova Baş naziri: Rusiya 10 min hərbçini Dnestryanı bölgəyə yerləşdirməyə çalışır

5-06-2025, 10:18           
Moldova Baş naziri:
"Rusiya Ukrayna ilə sərhəddə yerləşən separatçı Dnestryanı bölgədə 10 min hərbçidən ibarət hərbi kontingent yerləşdirməyə çalışır və bu məqsədlə Kişinyovda hakimiyyət dəyişikliyinə nail olaraq rusiyameyilli hökumət qurmağa səy göstərir".

APA xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Dorin Reçan "Financial Times" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva sentyabrda keçiriləcək parlament seçkilərinə müdaxilə etməyə çalışır və ümid edir ki, Kremlin təsirinə daha açıq olan yeni rəhbərlik Rusiyanın hərbi mövcudluğunu gücləndirməyə imkan verəcək.

“Bu, Moldovanın demokratiyasını sarsıtmağa yönəlmiş genişmiqyaslı cəhddir”, – deyə Reçan vurğulayıb.

O, həmçinin hökumətin Avropa İttifaqına inteqrasiya kursuna tam sadiq olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru