İran buna görə ABŞ-ı tənqid edib

6-06-2025, 12:44           
İran buna görə ABŞ-ı tənqid edib
İran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzada atəşkəs layihəsinə veto qoyulmasını pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, bu hərəkət Amerikanın mənəvi çöküşünün əlamətidir.

Bekayi bildirib ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında veto qoyması İsrailin Fələstini işğalının və Qəzzada həyata keçirdiyi soyqırımın davam etməsində əsas amildir.

Qəzzada atəşkəs, İsrail tərəfindən bloklanan humanitar yardımların ölkəyə girişi və məhbusların azad edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsi dünən ABŞ-ın tək səsi ilə veto edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru